• USD 1,7000 0,00% EUR 1,9187 +0,51%
    • GBP 2,1242 +0,29% RUB 0,0239 -0,84%

“Sədərək”də YANĞIN: FHN əməkdaşı xəsarət aldı, polis işçisi zəhərləndi (YENİLƏNDİ)

  • Hadisə
  • 26 Fevral 2019 10:56
  • 1 791 Baxış
“Sədərək”də YANĞIN: FHN əməkdaşı xəsarət aldı, polis işçisi zəhərləndi

Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın nəticəsində bir nəfər xəsarət alıb, dörd nəfər isə tüstüdən zəhərlənib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanğını söndürərkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı xəsarət alıb, onun çiyni sınıb. O, Elmi-Tədiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Bir polis əməkdaşı isə tüstüdən zəhərlənib, ona yerində yardım edilib. Qalan 3 nəfər isə Respublika Toksikologiya Mərkəzinə aparılır.

***

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın söndürülüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğından mühafizə bölmələri tərəfindən saat 10:21 dəqiqədə söndürülüb.

Əlavə məlumat veriləcək.

*****

10:07

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində başlayan yanğın davam edir.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ticarət mərkəzində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

*****

09:23

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR