Eldar Sabiroğlunun oğlu azadlıqda - FOTO
Bizi izləyin

Hadisə

Eldar Sabiroğlunun oğlu azadlıqda - FOTO

Pentensiar Xidmətin 9 saylı cəza çəkmə müəssisəsində əfv sərəncamının icrası davam etdirilib.

Publika.az xəbər verir ki, bu müəsissədə 5 məhkum əfv olunaraq azadlığa buraxılıb. Əfv olunanlar arasında Eldar Sabiroğlunun oğlu, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov da var.

Əfv sərəncamı ilə azadlığa buraxılan Rüfət Səfərov qeyd edib ki, bu xəbəri eşidəndə çox sevinib: "Bu qarşıq hissdir. 3 il əvvəl həbs edilmişəm və indi azadlığa qovuşdum. Azadlıq hissi çox gözəldir. İstərdim ki, bu hissi bütün məhkumlar yaşasın. Bundan sonra cəmiyyət üçün faydalı işlər görəcəm".

Əfv olunan məhkumlara bülletenləri Pentensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi Mirsaleh Seyidov, deputat Elman Nəsirli və digər QHT rəhbələri təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm