Bakıda DƏHŞƏTLİ QƏZA - 2 ölü, 2 yaralı
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏTLİ QƏZA - 2 ölü, 2 yaralı

Bakıda Rəşid Behbudov küçəsində minik avtomobili 5 saylı marşrut xətti ilə hərəkət edən avtobusa çırpılıb. Hadisə nəticəsində ölən və yaralananlar var.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, yüksək sürətlə hərəkət edən minik avtomili idarəetməni itirib.

O, əvvəlcə piyadaları vurub, sonra avtobusa çırpılıb. Hadisə nəticəsində minik avtomobilini idarə edən 44 yaşlı sürücü və 50-55 yaşlarında kimliyi məlum olmayan qadın dünyasını dəyişib. 60 yaşlı qadın və 30 yaşlı bir kişi isə qəzada xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm