Bakıda polis “BMW”ni saxladı – 1 kilo tiryək tapıldı
Bizi izləyin

Hadisə

Bakıda polis “BMW”ni saxladı – 1 kilo tiryək tapıldı

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş F.Xudiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 55 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

F.Xudiyevin idarə etdiyi “BMW” markalı avtomobildən isə əlavə olaraq 1 kiloqramdan çox tiryək aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm