
Bu gün saat 13:30 radələrində Bakı şəhər Binəqədi rayonu ərazisində yanğın başlayıb.
Publika.az xəbər verir ki, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında güclü yanğınla bağlı məlumat daxil olub və hadisə yerinə 3 yanğınsöndürmə briqadası cəlb edilib.
İlkin məlumata görə, ərazidə köhnə təkərlərin, məişət tullantılarının və quru ot olan yerlər yanır.