FHN yanan bazarla bağlı məlumat yaydı - 11 texnika cəlb edilib
Bizi izləyin

Hadisə

FHN yanan bazarla bağlı məlumat yaydı - 11 texnika cəlb edilib

Fövqəladə Hallar Nazirliyi Sabirabadda baş vermiş güclü yanğınla bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 m2 olan 2 mağaza və ümumi sahəsi 7650 m2 olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 m2 sahədə (ümumi 1130 m2) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib: "Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm