Təhsil naziri qadın müəllimin ölümü ilə bağlı başsağlığı verdi
Bizi izləyin

Hadisə

Təhsil naziri qadın müəllimin ölümü ilə bağlı başsağlığı verdi

"Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir".

Publika.az xəbər verir ki, bu sözləri nazir Ceyhun Bayramov feysbuk səhifəsində qeyd edib.

Təhsil naziri əlavə edib ki, rəhbərlik mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm