Şəmkirdə ağır yol qəzası - Ölən və yaralananlar var
Bizi izləyin

Hadisə

Şəmkirdə ağır yol qəzası - Ölən və yaralananlar var

Şəmkir rayonunda ağır avtomobil qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

21 yaşlı Mərdənov Fərid Arzu oğlu və onun eyni yaşlı həmyerlisi Sadıqov Rəşad Zakir oğlu ağır xəsarət alıb.

Hər iki yaralı öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Qəza nəticəsində ölənin Kazım adlı şəxs olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm