Bakıda çoxmərtəbəli binada təhlükə - Daşlar insanların başına düşə bilərdi
Bizi izləyin

Hadisə

Bakıda çoxmərtəbəli binada təhlükə - Daşlar insanların başına düşə bilərdi

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər daş parçalarını götürərək sakinlərin təhlükəsizliyini təmin ediblər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm