Tovuzda 3 nəfərin öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Hadisə

Tovuzda 3 nəfərin öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi dünən Tovuzda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 8-də saat 23 radələrində Tovuz şəhəri ərazisində Aşağı Quşçu kənd sakini A.Abbasovun idarə etdiyi “VAZ-21011”, Qazqulu kənd sakini Kamran Qasımovun idarə etdiyi “Daewoo” və Abulbəyli kənd sakini Müzəffər Hüseynzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə M.Hüseynzadə, K.Qasımov və onun sərnişinlərindən, Cəlilli kənd sakini Nailə Murtuzəliyeva hadisə yerində ölmüş, xəsarət almış digər üç sərnişin xəstəxanaya yerləşdirilib.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm