Qubada AĞIR QƏZA: 2 ölü, 3 yaralı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Qubada AĞIR QƏZA: 2 ölü, 3 yaralı - YENİLƏNDİ

Quba-Nugədi yolunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alan 31 yaşlı Sevil Orucəliyeva, həyat qoldaşı 34 yaşlı Yaşar Kərimov və qaynanası 59 yaşlı Leysan Kərimova Quba MRX nın travmatologiya şöbəsinə yerləşdiriliblər.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Baş həkimin bildirdiyinə görə, yaralıların vəziyyətləri orta ağırdır.

***

00:56

Avqustun 21-i axşam saatlarında Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Qubanın Rustov kəndində 4 yaşlı Əliyev Renad Mahir oğlunu avtomobil vurub. Xəsarət alan azyaşlını “VAZ 2107” markalı avtomobili ilə xəstəxanaya çatdırmaq istəyən qonşusu, 28 yaşlı Emin Əzizov rayonun Birinci Nügədi kəndi ərazisində qəzaya uğrayıb.

Avtomobilin yolun kənarındakı dirəklərə çırpılması nəticəsində sürücü E.Əzizov və azyaşlı R.Əliyev hadisə yerində ölüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər, azyaşlının anası, nənəsi və dayısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm