Rusiyada 130 kriminal avtoriteti "sındıran" general öldü - FOTO
Bizi izləyin

Hadisə

Rusiyada 130 kriminal avtoriteti "sındıran" general öldü - FOTO

Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin general-mayoru Vasiliy Snıserev Ulyanovskda ölüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin Ulyanov vilayəti üzrə bölməsinin saytında bildirilir.

90 yaşındakı generalın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Vasiliy Snıserev ilk növbədə xüsusi rejimli koloniya olan "Ağ qu quşu"nu yaradanlardan biri kimi məşhurdur. “Qanuni oğru”ların “sındırılması” koloniyanın əsas məqsədi idi. Onun xidmət keçdiyi müddətdə koloniyada beş mindən çox məhbus, o cümlədən 130 “qanuni oğru” cəza çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm