Sabirabadda faciəvi hadisə - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Sabirabadda faciəvi hadisə - ÖLƏN VAR

Sabirabad rayonunun Padarçöl kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Saatlı rayonunun 1965-ci il təvəllüdlü Cəfərxan kənd sakini Əliyev Nizami Bəymirzə oğlunun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Nəticədə N.Əliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm