Azərbaycanda ilk dərs günü 4 nəfər yollarda öldü - 1-i şagirddir
Bizi izləyin

Hadisə

Azərbaycanda ilk dərs günü 4 nəfər yollarda öldü - 1-i şagirddir

Ötən gün Azərbaycanın müxtəlif yerlərində baş verən yol qəzalarında 4 nəfər vəfat edib.

Publika.az xəbər verir ki, ötən gün Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa daha 12 nəfər xəstəxanalara yerləşdirilib.

Ölümlə nəticələnnə qəzalar, Şamaxı, Neftçala, Masallı və Bakının Qaradağ rayonunda qeydə alınıb. Şamaxıdakı hadisə zamanı avtomobil 3-cü sinifdə oxuyan şagirdi vurub öldürüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm