Türkiyədə azərbaycanlı iş adamını şantaj edən ər-arvad saxlanıdı
Bizi izləyin

Hadisə

Türkiyədə azərbaycanlı iş adamını şantaj edən ər-arvad saxlanıdı

Türkiyədə turizm sahəsində çalışan azərbaycanlı iş adamını şantaj edən ər və arvad saxlanılıb.

Hadisə Türkiyənin Ərzurum vilayətində qeydə alınıb.

Məlumata əsəsən, saxlanılan şəxslər azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar tələb ediblər.

Araşdırma nəticəsində o da bəlli olub ki, saxlanılan şəxslər guya azərbaycanlı iş adamına qarşı əllərində olan məlumatları Türkiyə mətbuatında yaymaq istəyində olublar.

Saxlanılan şəxslərin və azərbaycanlı iş adamının adı açıqlanmır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm