Hadisə
Astarada dəhşətli hadisə - ÖLƏN VAR - YENİLƏNDİ
Daxili İşlər Nazirliyi Astarada baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 30-da saat 22 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində Bakı şəhər sakini Z.Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun hərəkət hissəsində dayanmış çamışı vurmuş və sonradan idarəetməni itirdiyindən avtomobil yol ayırıcısına çırpılıb. Nəticədə avtomobildəki sərnişin, Yadımlı rayon sakini Cavid Aslanov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
*****
09:45
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Astara rayonunun Kijəbə kəndi ərazisində “LADA” markalı minik avtomobili yol kənarına aşıb.
Publika.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı