Hadisə
Azərbaycanlı iş adamı faciəvi şəkildə öldü - FOTO
Tanınmış azərbaycanlı iş adamı Əlişah Süleymanov Rusiyanın Çelyabinsk vilayətində baş vermiş yol qəzasında ölüb.
Rusiya KİV-i xəbər verir ki, qəza Plast şəhərinin yaxınlığında baş verib.
"Ruslada" qənnadı şirkətinin sahibi olan Ə.Süleymanovun olduğu "Toyota Land Cruiser" markalı avtomobil xəndəyə yuvarlanıb və sonra aşıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sükan arxasında olan təhlükəsizlik müəssisəsinin işçisi xəstəxanaya yerləşdirilib.
Polis iş adamının öldüyünü təsdiqləyib, qəzanın başvermə şəraiti araşdırılır.
Qeyd edək ki, Ə.Süleymanov 1960-cı ildə Azərbaycanda anadan olub, ötən əsrin 90-cı illərində Cənubi Urala köçüb və orada Ural və Sibirdə ən böyük şirniyyat istehsalçılarından və təchizatçılarından biri olan iri holdinqini təsis edib.(Report)
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi