SOCAR keçmiş deputatın iki binasını sökdürür - QƏRAR
Bizi izləyin

Hadisə

SOCAR keçmiş deputatın iki binasını sökdürür - QƏRAR

Sumqayıt Məhkəməsinin qərarına əsasən, keçmiş deputat, borc qalmaqalları ilə gündəmi zəbt edən Rəfael Cəbrayılova və qardaşına məxsus Dərhal MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək.

İddia edilib ki, məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb:

“Səbəb kimi həmin ərazinin 1,4 hektarının “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır”.

Qeyd edilib ki, kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır. (Bakıpost.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm