Bakıda motosiklet avtomobillə toqquşdu, yaralılar var
Bizi izləyin

Hadisə

Bakıda motosiklet avtomobillə toqquşdu, yaralılar var

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində qeydə alınıb.

Ramin Təhmirazov idarə etdiyi motosikletlə hərəkətdə olarkən “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə motosikletin sürücüsü və sərnişini 1997-ci təvəllüdlü Əsgərov Xəyal ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

T. Raminə hər iki ayağının əziyi, Ə. Xəyala isə ağır kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm