Lənkəranda FACİƏ - Qadın öldü
Bizi izləyin

Hadisə

Lənkəranda FACİƏ - Qadın öldü

Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb.

"Report"un verdiyi məlumata görə, hadisə Qumbaşı kəndində baş verib.

Rayonun Liman şəhər Həzi Aslanov küçəsində yaşayan təxminən 55-60 yaşlı Balaqız Abdulhüseyn qızı Quliyevanı "VAZ-2107" markalı avtomobil vuraraq hadisə yerindən qaçıb. Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, müayinə zamanı onun öldüyü müəyyənləşib. Qəza şahidlərinin məlumatı əsasında hadisəni törədən "44-BN-751" dövlət qeydiyyat nişanlı,"VAZ-2107" markalı avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm