DİN Lənkəranda qadınla 12 yaşlı uşağın öldüyü hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN Lənkəranda qadınla 12 yaşlı uşağın öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gün Lənkəranda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 20-də saat 18 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində Cəlilabad rayon sakini A.Camalov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Balqız Quliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa noyabrın 20-də saat 19 radələrində Lənkəran şəhərinin ərazisində Nərimanabad qəsəbə sakini Əziz Abıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini, 12 yaşlı Nihad Kazımlını vurub. Nəticədə azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm