Göyçayda yol qəzası - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Göyçayda yol qəzası - Xəsarət alanlar var

Göyçay rayonunda yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun üçüncü kilometrliyində qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük maşını "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm