Bakıdakı dəhşətli hadisə barədə RƏSMİ MƏLUMAT - Bəyin qardaşı və dostu öldü
Bizi izləyin

Hadisə

Bakıdakı dəhşətli hadisə barədə RƏSMİ MƏLUMAT - Bəyin qardaşı və dostu öldü

Daxili İşlər Nazirliyi dünən Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 29-da saat 16 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ağarza Ağayev idarə etdiyi “Khazar” markalı avtomobili qarşıda gedən paytaxt sakini E.Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, zərbədən “Khazar” markalı avtomobil yol ayrıcısına dəyib.

Nəticədə A.Ağayev və sərnişini Rəşad Həsənov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölənlər Bakı-Sumqayıt yolu ilə toya tələsirmiş. Onlardan biri bəyin qardaşı, digəri isə yaxın dostudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm