Özünü Kürə atan şəxs xilas edildi
Bizi izləyin

Hadisə

Özünü Kürə atan şəxs xilas edildi

Daxili İşlər Nazirliyi Mingəçevirdə özünü çaya atan şəxslə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, dekabrın 21-də saat 19 radələrində Mingəçevir şəhəri ərazisində Kür çayının üzərindəki körpüdən bir nəfər özünü suya atıb.

Mingəçevir Şəhər Mühafizə Şöbəsinin həmin ərazidə xidmət aparan əməkdaşlarının operativliyi və çevikliyi sayəsində o sudan çıxarılıb, xəstəxanada ilkin tibbi yardım göstərilib.

Onun şəhər sakini V.Əmirov olduğu müəyyən edilib.

Şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm