Azərbaycanda ağır yol qəzası - Bir ailədən 3 nəfər...
Bizi izləyin

Hadisə

Azərbaycanda ağır yol qəzası - Bir ailədən 3 nəfər...

Zaqatalada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında, Zaqatala-Muğanlı avtomobil yolunda, Üçüncü Tala kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı Üçüncü Tala kənd sakinləri - 1954-cü il təvəllüdlü Abdullayeva Sevil Rəsul qızı, onun oğlu, 1978-ci il təvəllüdlü Abdullayev Vüsal Ziyad oğlu və nəvəsi 2011-ci il təvəllüdlü Abdullayev Ziyad Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla baglı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm