Bakıda avtomobil 57 yaşlı piyadanı vurdu
Bizi izləyin

Hadisə

Bakıda avtomobil 57 yaşlı piyadanı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Axundov bağı ərazisində 1962-ci il təvəllüdlü Hüseynov Vahid Səfər oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm