Azərbaycanda dəhşətli hadisə - 3 barmağı amputasiya edildi
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli hadisə - 3 barmağı amputasiya edildi

Dünən axşam “Salyan Pambıq” Açıq Səhmdar Cəmiyyətində istehsalat qəzası baş verib.

Zavodun 47 yaşlı fəhləsi, Neftçala rayonunun Qaraqaşlı kənd sakini İlkin Fərzalı oğlu Bayramov dəzgahda işləyərəkən ehtiyatsızlıq etdiyindən sol əlindən ağır xəsarət alıb. Hadisə nəticəsində İ.Bayramov sol əlin 2-ci, 3-cü və 4-cü barmaqlarının travmatik amputasiyası diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.(virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm