Avtobusda qadının 2200 manatını oğurladılar - AZƏRBAYCANDA
Bizi izləyin

Hadisə

Avtobusda qadının 2200 manatını oğurladılar - AZƏRBAYCANDA

Mingəçevir ŞPŞ-yə yanvarın 7-də şəhər ərazisində xətt avtobusunda Bakı şəhər sakini T.Cəfərovanın içərisində 2180 manat olan çantasının oğurlanması barədə məlumat daxil olub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənova Yevlax şəhərinin ərazisində saxlanılıb.

Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm