Məşhur aktyor vəfat etdi - FOTO
Bizi izləyin

Hadisə

Məşhur aktyor vəfat etdi - FOTO

“Ulduz müharibələri”nin ilk üçlüyündə iştirak edən Alan Harris 81 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, Harrisin yanvarın 25-də müalicə olunduğu xəstəxanada öldüyü açıqlanıb.

Aktyor bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi.

Harrisin menecerliyini edən şirkət açıqlamasında “Alan əsl centlmen və pərəstişkarlarının sevimlisi idi. Uzun illərdir sağlamlıq problemləri ilə mübarizə aparmasına baxmayaraq, şoularda iştirak edir və pərəstişkarları ilə görüşürdü” ifadələrini işlədib.

Qeyd edək ki, Harrisin canlandırdığı Bossk personajı Star Wars: “Empire Strikes Back” filmində “Millennium Falcon”u izləyən bir sürünən idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm