Minik avtomobili hərəkətdə olarkən yandı - VİDEO
Bizi izləyin

Hadisə

Minik avtomobili hərəkətdə olarkən yandı - VİDEO

Ucarda yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yeniyol kəndində qeydə alınıb.

Kənd sakini Şamo Maarif oğlu Hacıyevə məxsus minik avtomobili hərəkətdə olarkən anidən alışıb. Alov güclü olduğundan hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri, texnikası cəlb edilib və yanğın söndürülüb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Yanğın güclü olduğundan avtomobil tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.//Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm