Hadisə
Bakıda piyadanı vurub qaçan "Toyota" sürücüsü tutuldu - FOTO
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında qeydə alınıb.
“Toyota Prius” markalı, “99-TN-618” dövlət nömrə nişanlı avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.
Piyada xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağıdır.
Zədəli avtomobil hadisədən 40 dəqiqə sonra metronun "Qara Qarayev" stansiyası yaxınlığında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib. Polis əməkdaşları sürücüyə yaxınlaşaraq avtomobilin harada zədələndiyini, nə baş verdiyini soruşublar. Lakin sürücü hadisə törətdiyini boynuna almayıb. O, ərazi üzrə polis orqanına dəvət edilib və müəyyən olunub ki, avtomobilin sürücüsü Əliyev Hacı Allahverdi oğlu bir saat əvvəl metronun "Neftçilər" stansiyasının yaxınlığında qəza törədərək hadisə yerindən qaçıb.(Report)
Sürücü əməlini etiraf edib. Bildirib ki, hadisə zamanı qorxduğu üçün piyadanı köməksiz vəziyyətdə qoyaraq ərazidən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO