Binəqədidə və Xırdalanda çoxmərtəbəli binalarda YANĞIN - 26 nəfər təxliyə edildi
Bizi izləyin

Hadisə

Binəqədidə və Xırdalanda çoxmərtəbəli binalarda YANĞIN - 26 nəfər təxliyə edildi

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şaxtada elektrik naqilləri 9 p.m yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb. Yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm