
Bakıda yanğın hadisəsi olub.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Səbail rayonunda “Baku Oil Services” (BOS) məxsus ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.