Azərbaycanda qadın öz evini yandırmaq istədi
Bizi izləyin

Hadisə

Azərbaycanda qadın öz evini yandırmaq istədi

Göygöl rayonunda qadın yaşadığı evin pəncərələrini sındırarkən xəsarət alıb.

Hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

Kənd sakini, 30 yaşlı G.H-ova hələ məlum olamayan səbəbdən əsəbləşərək yaşadığı evin pəncərələrini sındırıb, daha sonra evi yandırmağa cəhd edib.

Lakin qadını sakitləşdirmək mümkün olub və hadisənin qarşısı alınıb.

Qadın pəncərəni sındıran zaman xəsarət alıb və xəstəxanaya aparılıb, vəziyyəti qənaətbəxşdir.

Yaxınlarının dediyinə görə, qadının pisxoloji problemi var və əsəb xəstəsidir.Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm