Güclü yağış Qəbələdə fəsadlar yaratdı
Bizi izləyin

Hadisə

Güclü yağış Qəbələdə fəsadlar yaratdı

Qəbələdə iki gündür aramsız yağan leysan yağışlar fəsadlara səbəb olub.

Publika.az xəbər verir ki, şəxsi təsərrüfatlara ziyan dəyib, bəzi çaylarda daşqına səbəb olub.

Güclü yağıntı əsasən rayonun şimal hissəsinə, eləcədə Laza, Durca, Qəmərvan kəndlərinə və İsmayıllı rayonu ilə həmsərhəd kəndlərə daha çox ziyan vurub.

Leysan nəticəsində rayonun Dəmiraparan çayında suyun səviyyəsi qalxıb və Laza kəndinə gedən yolun bir hissəsini yuyub. Nəticədə yoldan istifadə təhlükəli vəziyyətə çatıb.

İki gündür davam edən yağıntı nəticəsində Oğuz rayonunda da bəzi çaylarda suyun səviyyəsinin qalxmasına gətirib çıxarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm