Azərbaycanda 25 yaşlı gəncin dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR - - VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda 25 yaşlı gəncin dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR - - VİDEO

Video əlavə olunub.

xxx

Ötən gecə Göyçay rayonunun Kürdəmiş kəndində 25 yaşlı oğlanın müəmmalı şəkildə intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Veysəlli kənd sakini olan 1995-ci il təvəllüdlü Rüstəmov Səddar Fazil oğlu digər 2 qardaşı ilə birgə Kürdəmişdəki dostlarının evinə qonaq gəlibmiş. Belə ki, ot biçini mövsümü olduğu üçün dostlar iməclik keçirib və dünən onlar Kürdəmiş kəndinə gələrək Rüzgar Mikayılovun sahəsində ot biçiblər. Daha sonra onlar yeyib içiblər və R.Mikayılovun evində gecələyiblər. Gecə saat 04 radələrində qardaşları 25 yaşlı Səddarın otaqda olmadığını görüblər. Axtarış zamanı onun özünü həyətdə asdığı və kiçik məktub yazdığı məlum olub.

Bildirilir ki, intihar edən gənc subay olub. Onun sevdiyi qıza görə bu addımı atması barədə də iddialar var.
Faktla bağlı araşdırmalar davam etdirilir.

***

12:10

Göyçayda gənc özünü öldürüb.

Publika.az xəbər verir ki, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. Rayonun Veysəlli kənd sakini, 1995-ci il təvəllüdlü Rüstəmov Səddar Fazil oğlu Kürdəmiş kəndində yaşayan dostu, 1975-ci il təvəllüdlü Rüzgar Mikayılovun həyətyanı sahəsində özünü kəndirlə asaraq öldürüb.

Onun intihardan öncə "Haqqınızı halal edin, mən getdim" sözləri yazılan məktubu aşkar edilib. Onun hansı səbəbdən intihar etməsinin səbəbi məlum deyil.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm