DƏHŞƏTLİ OLAY - Bakıdan rayona gedib ferma yaratdı, qadınla birlikdə öldü - - VİDEO
Bizi izləyin

Hadisə

DƏHŞƏTLİ OLAY - Bakıdan rayona gedib ferma yaratdı, qadınla birlikdə öldü - - VİDEO

Video əlavə olunub.

xxx

Bu gün səhər saatlarında Salyan rayonunda “Moskviç” markal minik maşınını kanal aşıran sürücünün kimliyi müəyyən olunub.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, sürücünün 57 yaşlı Bakı şəhər sakini Qalib Əkbər oğlu Əhmədov olduğu müəyyən edilsə də, yanında olan qadının şəxsiyyətini hələ ki dəqiqləşdirmək mümkün olmayıb.

Xatırladaq ki, qəza zamanı avtomaşında olan hər iki şəxs şor su kollektoruna aşan “Moskviç”in içərisində boğularaq ölüb.

Qalib Əhmədov Bakı şəhərində yaşasa da Neftçala rayonunun Aşağı Surra kəndində torpaq alaraq fermer təsərrüfatı yaradıbmış.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm