Kürdə batanlardan birinin meyiti tapıldı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Kürdə batanlardan birinin meyiti tapıldı - YENİLƏNDİ

Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan şəxslərdən birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, 14 yaşlı Nahidə İsmayılovanın meyiti xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.

Hazırda digər iki nəfərin axtarışları davam etdirilir.

***
20:29

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm