Hadisə
FHN güclü yağışlara görə hərəkətə keçdi
Bu gün səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərinin, Şəmkir, Göygöl və Samux rayonlarının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin, küçə və prospektlərin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası yağış sularının dolduğu ərazilərə (Gəncə şəhərinin Kəpəz və Nizami rayonları, o cümlədən Gülüstan qəsəbəsi, Şəmkir rayonunun Könüllü kəndi, Samux rayonunun Alabaşlı qəsəbəsi, Göygöl rayonunun Qızılqaya qəsəbəsi və Üçtəpə kəndi) suçəkmə işlərinə cəlb olunub.
Hazırda suçəkmə işləri davam etdirilir və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər