İcra başçısının oğlu da könüllü orduya yazıldı - FOTO
Bizi izləyin

Hadisə

İcra başçısının oğlu da könüllü orduya yazıldı - FOTO

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün qeydiyyatdan keçib.

Publika.az xəbər verir ki, bununla bağlı A.Adilzadə sosial şəbəkədə paylaşım edib.

Adil Adilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində qeydiyyatdan keçdiyini bildirirək orada çəkilmiş fotosunu paylaşıb.

Qeyd edək ki, Ali Baş Komandanın çağırışına qoşularaq Orduya yazılanlar arasında xeyli sayda tanınmış insanlar da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm