Şəmkirdə AĞIR QƏZA: taksi yük avtomobililə toqquşdu, 5 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Şəmkirdə AĞIR QƏZA: taksi yük avtomobililə toqquşdu, 5 nəfər xəsarət aldı

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayon sakini, 1963-cü il təvəllüdlü Davud Orucovun idarə etdiyi “VAZ” markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər - sürücü və avtomobildə olan sərnişinlər, Şəmkir rayon sakini, 1994-cü il Rəhimov İlkin İlham oğlu, 2008-ci il təvəllüdlü Quliyev Tapdıq Samir oğlu və daha 2 nəfər xəsarət alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralıların ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “VAZ” markalı avtomobil taksi olub. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm