Astarada evə basqın edən maskalı şəxslər saxlanıldı
Bizi izləyin

Hadisə

Astarada evə basqın edən maskalı şəxslər saxlanıldı

Astaranın Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə silahlı basqın edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 17-də saat 3 radələrində evə daxil olan girən 3 maskalı şəxsin onun atası, oğlu və həyat yoldaşına bıçaqla xəsarətlər yetirməsi barədə Astara Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzizov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı E.Əzizovdan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm