Bakıda insident - Özünü binanın damından atmaq istədi
Bizi izləyin

Hadisə

Bakıda insident - Özünü binanın damından atmaq istədi

Bakıda intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm