Azərbaycanda dəhşət - 3 nəfər maşının altında qalıb öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşət - 3 nəfər maşının altında qalıb öldü

Dekabrın 3-də saat 15 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Yevlax rayon sakini S.Hüseynov idarə etdiyi “MAN” markalı qoşqulu yük avtomobili ilə yolun kənarında velosiped sürən kənd sakini Əlmurad İsrafilovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa dünən saat 7 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini R.Zülfüqarov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Arzuman İbrahimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxşar hadisə dekabrın 3-də saat 1 radələrində Qusar rayonunun Balaqusar kəndi ərazisində də qeydə alınıb. Kənd sakini E.Nuralıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən rayon sakini Şirzad Abusovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm