Yasamalda bədbəxt hadisə - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Yasamalda bədbəxt hadisə - ÖLƏN VAR

Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Publika.az FHN-ə istinadən xəbər verir ki, sözügedən rayonda birmərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb, nəticədə 1 nəfər dağıntılar altında qalaraq ölüb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 80 sm olan zirzəmiyə düşmüş 1958-ci il təvəllüdlü Hacıyev Elçin Hacı oğlunun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm