Avtomobil qəzası 800 evi qazsız qoydu - FOTO
Bizi izləyin

Hadisə

Avtomobil qəzası 800 evi qazsız qoydu - FOTO

Gecə saatlarında Tovuz rayonunun Heydər Əliyev prospektiində ağır qəza baş verib.

Publika.az xəbər verir ki, qəzaya uğrayan "Opel" markalı avtomobil diametri 108 mm olan qaz xəttinə çırpılıb.

Nəticədə xətt zədələnib və 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və səhər saatlarından qaz təminatının bərpası işlərinə başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm