"Azərbaycan Dəmir Yolları"ndan Sumqayıtdakı hadisə barədə AÇIQLAMA
Bizi izləyin

Hadisə

"Azərbaycan Dəmir Yolları"ndan Sumqayıtdakı hadisə barədə AÇIQLAMA

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.

"Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək. ADY adından M.Abdullayevə Allahdən rəhmət, ailəsinə səbr diləyirik!", - deyə açıqlamada qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm