Bayram Hüseynovun istintaqı başa çatdı
Bizi izləyin

Hadisə

Bayram Hüseynovun istintaqı başa çatdı

Ağdaşda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Bayram Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nizam Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Bayram Hüseynovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm