Hadisə
Azərbaycanda dağlıq ərazidə yanğın başladı - 5 kənd istiqamətində...
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində yanğın olması barədə məlumat daxil olub.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, hazırda rayonun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında yanğın davam edir.
Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.
Yaxınlıqda infrastruktur obyektləri yanğından mühafizə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR








.jpg)
.jpg)




.jpg)

.jpg)



.jpg)




















