Hadisə
Zaqatalada avtoxuliqan saxlanıldı - FOTO
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, “Mercedes”markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” əmri verilib. Ancaq sürücü əmrə tabe olmayaraq, hərəkətini davam etdirib, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib. Yol polisləri bir müddətdən sonra avtomobili saxlamağa nail olub və sürücünün rayonun Kebeloba kənd sakini İsmayıl Bulayev olduğu müəyyən edilib.
O, saxlanılaraq Polis Şöbəsinə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.Sürücü barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi